Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edənlər saxlanılıblar
Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən verilən məlumata görə, rayonun Biləcəri qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 3 min manat pul və 6 min manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildirib.
Binəqədi Rayon Polis İdarəsi 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 21 yaşlı R.Muradov müəyyən olunaraq saxlanılıb.
Nəsimi və Nərimanov rayonlarında yerləşən mağazalardan isə ümumi dəyəri 4300 manat olan iki ədəd mobil telefon və noutbuk oğurlamaqda şübhəli bilinən 5 nəfər - C.İsmayılov, A.Şanayev, T.Abdıyev, P.Fərziyev və R.Qurbanəliyev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: