azturkxeber.az
http://azturkxeber.az

MMU-da Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

24-11-2025

Noyabrın 24-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda Gürcüstan Müdafiə Nazirliyinin "Müdafiə İnstitutlarının Qurulması Məktəbi"nin (DIBS) rəhbər heyəti ilə görüş keçirilib.

Görüşün məqsədi Azərbaycan və Gürcüstan respublikaları Müdafiə nazirlikləri arasındakı "Müdafiə və Təhlükəsizlik üzrə Strateji Proqram" çərçivəsində təhsil üzrə ekspertlərlə görüşmək, həmçinin Azərbaycanın təhlükəsizlik, müdafiə siyasəti ilə tanış olmaq olub.

Nümayəndə heyətinə təqdim olunan brifinqdə İnstitutun yaranma tarixi, missiyası, tədris strukturu, tədris proqramları və təhsil istiqamətləri barədə ətraflı məlumat verilib, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Daha sonra nümayəndələrin tədris imkanlarını yaxından tanıması üçün təhsil gəzintisi təşkil olunub və Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə məlumat çatdırılıb.

Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930