G20 liderlərinin Yohannesburq sammiti başa çatıb
Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində “Həmrəylik, bərabərlik və davamlı inkişaf” mövzusuna həsr olunmuş G20 sammiti başa çatıb.
Qlobal iqtisadi məhsulun 85 faizini, ticarətin 75 faizini təmin edən, eləcə də dünya əhalisinin üçdə iki hissəsinin yaşadığı G20 ölkələrinin liderləri qlobal iqtisadiyyatın gələcəyini formalaşdıracaq islahatlarla bağlı üç sessiya keçiriblər.
Birinci sessiyada qlobal maliyyə-iqtisadi sistemin möhkəmləndirilməsi, qlobal tənəzzülün və proteksionizmin qarşısının alınması, davamlı artıma keçid üzrə tədbirlər müzakirə edilib. Sammitin ikinci sessiyası fəlakət riskinin azaldılması, iqlim dəyişikliyi ilə mübarizə, ədalətli enerji keçidinin təmin edilməsi və qida sistemlərinin gücləndirilməsinə həsr olunub. Üçüncü sessiyada isə liderlər qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyətə malik faydalı qazıntıların hasilatı və ticarəti, habelə süni intellektlə bağlı məsələləri müzakirə ediblər.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasında ağ əhaliyə qarşı irqi ayrı-seçkiliyə yol verildiyini əsas gətirərək sammitə qatılmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: