azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Şuşa Forumu: Strateji Tərəfdaşlıq və Yeni Əməkdaşlıq Platforması

24-11-2025

Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu öz işinə başlayıb.

Azturkxeber.az xəbər verir ki, forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, ekspertlər və akademik çevrələrin nümayəndələri iştirak edir.

BMTM-in təşkilatçılığı ilə keçirilən forum iki ölkədən 15 beyin mərkəzi və akademik institutun nümayəndələrini bir araya gətirir. Forumda Azərbaycan və Türkiyənin xarici siyasətindəki əsas trendlər və əməkdaşlıq imkanları, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya perspektivləri, ikitərəfli əməkdaşlıqda nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığı amilləri əsas müzakirə mövzularıdır.

Qeyd edək ki, Forum Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi, ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından yüksək əhəmiyyət kəsb edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930