22 noyabr Ədliyyə işçilərinin peşə bayramıdır

Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur.
"Azərbaycan Reallığı" olaraq bu bayram münasibətilə başda ədliyyə naziri cənab Fərid Əhmədov, ədliyyə nazirinin müavini-penitensiar xidmətin rəisi ədliyyə general mayoru cənab Mirsaleh Seyidov və 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki cənab Mehman Əliyevi redaksiya adından səmimi qəlbdən təbrik edir, onlara bu məsuliyyətli və şərəfli peşə fəaliyyətlərində uğurlar arzu edirik.
Xüsusi olaraq onu da qeyd etmək istəyirik ki, 7saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki cənab Mehman Əliyev dövlətini, millətini sevən ziyalı olaraq, ona göstərilən etimadı daima doğrultmuş və öz xidmətində layiqli və nümunəvi işlər görməkdədir.
Eyni zamanda, Mehman Əliyevin gizli qalan bir sıra cinayətlərin açılması məqsədilə apardığı axtarış əməliyyatlarında da fəaliyyəti uğurla nəticələnmişdir.
Bununla yanaşı,rəhbərlik etdiyi cəzaçəkmə müəssisəsində daxili nizam intizam qaydaları yüksək səviyyədə təşkil olunmuşdur. Onun şəhid ailələrinə, qazilərə göstərdiyi xüsusi qayğı da diqqət mərkəzimizdədir.
Peşə bayramı münasibəti ilə bir daha təbrik edirik, səsiniz daima ucalardan gəlsin, cənab Polkovnik.
Gününüz mübarək!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: