![]()
Samirə Orucova 2019-cu ildə anadan olmuş oğlu Nihadın səhhətində yaranmış problemlərlə bağlı ictimaiyyətə müraciət edib.
Ana bildirir ki, doğuşdan bir neçə il sonra Nihadın sağlamlığında qüsurlar olduğu məlum olub.
Onun sözlərinə görə, ailəli olub, lakin daha sonra boşanıb. Nikahdan iki övladı var. İkinci övladı – Orucov Nihad Kamaloğlunun loqoped seanslarına ehtiyacı yaranıb. Ana qeyd edir ki, övladı həmyaşıdlarından geri qalır və reaksiya vermir. Loqoped seanslarının biri 300 manata başa gəlir.
Samirə Orucova imkanlı şəxslərdən kömək istəyir. O bildirir ki, ailənin bütün maddi yükü onun üzərinə düşüb və çarəsiz vəziyyətdədir:
“Bilmirəm, uşaqları dolandırım, yoxsa övladımın müayinəsi və müalicəsini etdirim”.
Yardım etmək istəyənlər üçün ana öz bank hesabını təqdim edib:
Kapital Bank: 5239 1517 3928 6964 (Orucova Samirə)
Əlaqə nömrəsi: 070-525-62-03
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.