azturkxeber.az
http://azturkxeber.az

Baş prokuror Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdə işğüzar səfərdədir

23-11-2025

Rumıniyalı həmkarı Aleks Florentsanın dəvəti ilə Azərbaycanın Baş prokuroru Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdə işğüzar səfərdədir.

Səfər çərçivəsində noyabrın 23-də nümayəndə heyəti Buxarest şəhərinin Tey Parkında ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib. Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, büstün önünə əklil və güllər düzülüb.

Səfər çərçivəsində Baş prokuror Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək, diplomatlarımızla görüşüb, onların iş şəraiti ilə maraqlanaraq, ölkələr arasında müxtəlif səhələrdə əlaqələrin gücləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” kitabı səfirliyin kitabxanasına hədiyyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930