azturkxeber.az
http://azturkxeber.az

QDİƏT PA-nın iclasında

21-11-2025

Milli Məclisin deputatları – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev, üzvləri Musa Quliyev, Eldar İbrahimov və Səbinə Salmanova bu təşkilatın Baş Assambleyasının 66-cı plenar iclasında iştirak etmək üçün noyabrın 22-də Bolqarıstan Respublikasının Sofiya şəhərinə səfər edəcəklər.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclas çərçivəsində “Avropa İttifaqı və digər beynəlxalq regional təşkilatlarla əməkdaşlıq” mövzusunda müzakirələr aparılacaq, təşkilatın bir sıra komitələrinin fəaliyyətinə dair məruzələr dinləniləcək.

Səfər noyabrın 26-da başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930