azturkxeber.az
http://azturkxeber.az

İsveçrə səfiri AZPROMO-da olub

21-11-2025

Görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi və investisiya perspektivləri müzakirə edilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəli ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, Azərbaycan və İsveçrə arasında investisiya əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf dinamikası barədə məlumat verib. Bundan başqa, qarşı tərəfə cari ilin sentyabr ayında keçirilmiş 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri barədə məlumat təqdim olunub.

Səfir Tomas Ştəli iki ölkə arasında iqtisadi münasibətlərinin güclənməsi üçün böyük potensialın olduğunu bildirib və investisiya əməkdaşlığının gələcək perspektivlərini yüksək qiymətləndirib. Azərbaycan və İsveçrə şirkətləri arasında tərəfdaşlıq imkanlarının müəyyən edilməsi, qarşılıqlı səfərlərin təşkili və biznes əlaqələrinin genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin işğaldan azad olunmuş ərazilərə İsveçrə investisiyalarının cəlbi imkanları müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930