azturkxeber.az
http://azturkxeber.az

Böyük Qayıdış: Mehdi Mehdizadə adına tam orta məktəbi

21-11-2025

İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası davam edir. Bu istiqamətdə növbəti mühüm addım Cəbrayıl şəhərində atılıb.

Məktəbin inşası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilib. 2021-ci ildə Prezidentin müvafiq Sərəncamı ilə layihələndirmə və tikinti işlərinə başlanılıb, təməl isə həmin ilin oktyabrında dövlət başçısı tərəfindən qoyulub.

Ərazisi 2,7 hektar olan təhsil ocağı müasir standartlara uyğun infrastruktura malikdir. Burada 40 sinif otağı və 5 inzibati kabinet yaradılıb. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün siniflər zəruri avadanlıqlarla təchiz olunub. Kimya, fizika və biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM kabineti, çağırışaqədərki hazırlıq otağı, kitabxana, akt və idman zalları, həmçinin geniş yeməkxana fəaliyyət göstərəcək.

Məktəbin ərazisində abadlıq işləri aparılıb, futbol, basketbol, voleybol və digər oyun meydançaları istifadəyə verilib. İnternet, mebel-inventar və digər təklif olunan avadanlıqlar müasir tələblərə tam cavab verir.

Cəbrayılda istifadəyə verilən bu müasir məktəb Böyük Qayıdışın real nəticələrindən biri olmaqla yanaşı, bölgədə təhsilin bərpası və inkişafına mühüm töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930