azturkxeber.az
http://azturkxeber.az

Qarakənd faciəsindən 34 il ötür: Azərbaycanın görkəmli şəxsiyyətlərini aparan helikopterin vurulması

20-11-2025

Bu gün Ermənistan silahlı birləşmələri tərəfindən Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycan rəsmilərinin olduğu “Mi-8” helikopterinin vurulmasından 34 il keçir. Faciə 1991-ci il noyabrın 20-də baş verib. Bu terror aktı nəticəsində ölkənin tanınmış dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri də daxil olmaqla 22 nəfər həlak olub.

Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, deputatlar Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfi Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstanın daxili işlər nazirinin müavini Sanlal Serikov, azərbaycanlı telejurnalist Alı Mustafayev və helikopterin komandiri Vyaçeslav Kotov var idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930