azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda orta tibb işçilərinin elektron qaydada işə qəbulu prosesinə start verildi

19-11-2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi orta tibb işçilərinin işə qəbul prosesinin elektron qaydada həyata keçirlməsinə start verib. Belə ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində işə qəbul prosesləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli, 344 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”na uyğun olaraq həyata keçiriləcəkdir.

Uyğun vakansiyalar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsinin İnsan resursları – Vakansiyalar bölməsində yerləşdirilmişdir.İşə qəbul prosesində iştirak etmək istəyən namizədlər həmin portalda şəxsi kabinet yaradaraq müvafiq məlumatları daxil etməli, elektron ərizələri doldurub uyğun vakansiyaya müraciət etməlidirlər.

Bu proseslə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində muxtar respublika ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin kadr işçiləri üçün proqramın təqdimat mərasimi keçirilib və işə qəbul qaydaları barədə ətraflı məlumat verilib. Müraciət üçün aşağıda qeyd olunan liinkdən keçid edə bilərsiniz. https://kabinet.e-health.gov.az/modul/miq/vacancies






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930