azturkxeber.az
http://azturkxeber.az

Türkiyədə "Daşları Toplama Zamanı" kitabının təqdimatı keçirilib

18-11-2025

17 Noyabr – Milli Dirçəliş Günündə Azərbaycanın Türkiyədəki Səfirliyinin təşəbbüsü və PAŞA Həyatın sponsorluğu ilə "Daşları Toplama Zamanı" kitabının türk dilində nəşrinin Gazi Universitetində təqdimat mərasimi baş tutdu.

Azturkxeber.az xəbər verir ki, tədbirdə PAŞA Həyatın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, İRS nəşriyyat evinin baş redaktoru Musa Mərcanlı, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Gazi Universitetinin Rektor köməkçisi Prof. Dr. Necdet Hayta, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

PAŞA Həyatın İdarə Heyəti sədri Ülviyyə Cabbarova çıxışında Azərbaycan və Türkiyə arasındakı münasibətlərin əsasında Bir millət, iki dövlət fəlsəfəsinin dayandığını vurğulayıb. O qeyd edib ki, bu qardaşlıq bağları təkcə siyasi və iqtisadi deyil, həm də mədəni və mənəvi dəyərlər üzərində qurulub. Təqdim etdiyimiz Taşları Toplama Zamanı kitabı Qərbi Azərbaycanda illər boyu dağıdılmış, izləri silinmiş memarlıq abidələrini, dini məkanları, tarixi yaşayış yerlərini və sənədli sübutları bir araya gətirir. Qərbi Azərbaycana dair toplanmış materiallar xüsusilə önəmlidir. Çətinliklərə rəğmən, vaxtilə azərbaycanlıların yaşadığı onlarla kənd sənədləşdirilmiş, foto və faktoloji sübutlar toplanmışdır. Bu materiallar həmin torpaqların xalqımıza məxsus qədim yurd yeri olduğunu bir daha təsdiqləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930