azturkxeber.az
http://azturkxeber.az

HTP çərçivəsində Macarıstanda təhsil imkanı

18-11-2025

2026-2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb.

Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı təqdim edir.

Sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 22 dekabr 2025-ci il saat 23:59-a dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (Tempus Public Foundation) yekun qərarının 2026-cı ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Məlumat üçün bildiririk ki, təqaüd proqramı Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2024–2026-cı illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"na əsasən həyata keçirilir.

HTP çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930