azturkxeber.az
http://azturkxeber.az

Baş Prokurorluğun nümayəndəsi Avropa Şurasının iclaslarında iştirak edib

17-11-2025

Noyabrın 12-dən 14-dək Fransanın Strasburq şəhərində “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasının 33-cü plenar iclası, Şuranın “CyberEast+” layihəsinin Rəhbər Komitəsinin 3-cü iclası və “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyanın İkinci əlavə protokolunun icrası ilə bağlı sənaye və xidmət təminatçıları ilə görüşü keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə,tədbirdə müxtəlif dövlətlərin prokurorluq, kibercinayətkarlıqla mübarizə və xüsusi xidmət orqanlarını təmsil edən nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Baş Prokurorluğu Kriminalistika və informasiya texnologiyaları idarəsinin şöbə rəisi Akif Məmmədyarov təmsil edib.

Tədbirlərin əsas məqsədləri şərqi tərəfdaşlıq ölkələrində kibercinayətkarlığa qarşı hüquq-mühafizə sistemlərinin gücləndirilməsi, Budapeşt Konvensiyasına uyğun qanunvericilik quruluşlarının yaradılması, bu sahədə müvafiq dövlət orqanlarının (polis, məhkəmə, prokurorluq) səlahiyyətlərinin artırılması, eləcə də süni intellekt və virtual aktivlərin hüquqi tənzimlənməsi və digər əlaqədar məsələlərin müzakirəsi olub.

Qeyd olunan iclas və görüşlər çərçivəsində nümayəndəmiz sözügedən sahələrdə ölkəmizin təcrübəsi ilə bölüşüb, milli qanunvericilikdə tətbiq olunan mexanizmlər, son dövrlərdə baş vermiş insidentlər və onlara qarşı görülmüş cavab tədbirləri barədə tədbir iştirakçılarına məlumat verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930