Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb

Azturkxeber.az xəbər verir, belə ki, 2 referimiz I kateqoriyaya yüksəlib
Eldar Bayramov bu il İspaniya "Qran-pri"sində (4-6 iyul), Əli Babayev isə "Poland Open" turnirində (30 iyul- 3 avqust) ədaləti qorumaqla yanaşı, Dünya Güləş Birliyi (UWW) tərəfindən təşkil edilən imtahanları uğurla başa vurub. Buna qədər II kateqoriyada xalça üzərində fit səsləndirən hakimlərimiz növbəti ildən I dərəcəli hakim statusunda qarşılaşmaları idarə edəcəklər.
Bu yüksəliş onların növbəti ildən etibarən U17, U20, U23 yaş qrupları üzrə Avropa və dünya çempionatlarında, həmçinin reytinq turnirlərində iştirak etmələrinə şərait yaradacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: