azturkxeber.az
http://azturkxeber.az

Parlamentlərarası İttifaqın tədbirində

15-11-2025

Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Braziliyanın Belem şəhərində COP30 çərçivəsində keçirilən parlament görüşündə iştirak edib.

COP zamanı milli parlamentlər üçün əsas platforma hesab olunan Parlamentlərarası İttifaqın Parlament Görüşü qlobal iqlim dəyişiklikləri ilə mübarizədə parlamentlərin rolunun gücləndirilməsinə və ortaq həll yollarının müəyyənləşdirilməsinə xidmət edir. Tədbir bu il Braziliya Parlamenti və Parlamentlərarası İttifaq tərəfindən birgə təşkil olunub.

Nigar Arpadarai tədbir çərçivəsində keçirilən “Milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC-lərin) həyata keçirilməsi üçün parlament fəaliyyətinin gücləndirilməsi” adlı panel müzakirəsində çıxış edib. O, ötən il Bakının ev sahibliyi etdiyi COP29-un nəticələrinin tarixi əhəmiyyəti, eləcə də iqlim dəyişmələri ilə mübarizə mövzusunda parlament fəaliyyətinin gücləndirilməsinin vacibliyi barədə fikirlərini bölüşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930