İşğaldan Azad Edilmiş Ərazilərə Qayıdan Əhaliyə Dəstək Üçün Qaynar Xətt Xidməti Yaradılıb

Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt xidməti yaradılıb.
İşğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə Komitədə yaradılmış “Qaynar Xətt” xidmətinə cari ilin oktyabr ayı ərzində 4544 zəng, digər fəaliyyət istiqamətləri üzrə məlumatların əldə edilməsi üçün mövcud olan “Çağrı mərkəzi”nə isə 5681 zəng daxil olmuşdur.
Qaynar xətt: 1657
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: