azturkxeber.az
http://azturkxeber.az

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub

14-11-2025

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məluumata görə, əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yaşayış binasının damında ümumi sahəsi 7kv.m. olan liftin mühərrik otağında istifadəyə yararsız əşyalar və dam örtüyünün taxta atmaları 30kv.m. sahədə yan yanıb.

Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930