azturkxeber.az
http://azturkxeber.az

Bahar Muradova Naftalandakı vətəndaşları qəbul edib

14-11-2025

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Naftalan şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

14 noyabr 2025-ci il tarixində keçirilən qəbul zamanı Naftalan şəhəri, Goranboy və Xocalı rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında hüquqi yardım, övladının müalicəsinə köməklik göstərilməsi, sosial dəstək, atalığın müəyyən edilməsi və digər məsələlər yer alıb.

Qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930