Abşeron Dairəvi Dəmiryolunda Sərnişinlər üçün vacib məlumat

Abşeron Dairəvi Dəmiryolu ilə səyahət edən sərnişinlərin nəzərinə!
Qatarlarda başqaları üçün əvvəlcədən yer saxlamaq, bu məqsədlə oturacağa əşya qoyaraq onu məşğul etmək digər sərnişinlərin hüquqlarını pozur.
Xatırladırıq ki, şəhərətrafı marşrut üzrə gediş haqqını ödəmiş hər bir sərnişin istənilən boş yerdə oturmaq hüququna malikdir.
Rahat, təhlükəsiz və mədəni səyahət üçün bir-birimizə hörmət edək.
Yolunuz açıq olsun!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: