azturkxeber.az
http://azturkxeber.az

Kiberpolis “telegram”da azyaşlılara aid pornoqrafik məzmunlu videolar satan şəxsləri saxlayıb

13-11-2025

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları “teleqram” sosial şəbəkəsində fəaliyyət göstərən anonim kanallarda azyaşlılara məxsus pornoqrafik məzmunlu videomaterialların yayılması və onlayn yolla satılması hallarına qarşı əməliyyatlar keçirib. Tədbir zamanı həmin kanalların adminləri - şərti adları Arif Muradov və Fərid Süleymanov olan iki nəfər kiberpolis tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılanlar “telegram” sosial şəbəkəsində kanallar yaradaraq, həmin profillərdə azyaşlıların iştirakı ilə çəkilmiş videomaterialların paylaşılmasını və onlayn satışını həyata keçiriblər.

Saxlanılan şəxslər pornoqrafik videoları satarkən müxtəlif insanların adına olan bank kartlarından istifadə ediblər. Onlar kartlarda toplanan pul vəsaitlərini sonradan nağdlaşdırıblar. Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bir daha sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırırıq ki, azyaşlıların iştirakı ilə qeydə alınan və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətləri özündə əks etdirən videogörüntülərin yayımı və satışı cinayət məsuliyyəti yaradır.

Bu məzmunlu videoların yayımı və satışına qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930