azturkxeber.az
http://azturkxeber.az

FHN-in Mülki müdafiə qoşunlarında güləş üzrə birincilik keçirilib

13-11-2025

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının hərbi hissələri arasında sərbəst güləş üzrə birincilik keçirilib.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra yarışlara start verilib. Mülki müdafiə qoşunlarının komandanlığının Fiziki hazırlıq və idman şöbəsinin zabitlərindən ibarət hakimlərin idarəçiliyi ilə keçirilən birincilikdə 8 çəki dərəcəsi üzrə 81 idmançı iştirak edib.

Yarışda komanda hesabında birinci yeri Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissənin, ikinci yeri Şirvan şəhərində yerləşən “N” saylı hərbi hissənin, üçüncü yeri isə Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissənin komandası tutub.

Sonda qalib gələn komandalar kubok, medal və fəxri fərmanlarla ilə təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930