azturkxeber.az
http://azturkxeber.az

“Euronews” müxbiri Emin İbrahimov Türkiyədə qəza nəticəsində həlak olub

13-11-2025

Tanınmış azərbaycanlı jurnalist, “Euronews” telekanalının müxbiri Emin İbrahimov Türkiyədə avtomobil qəzası nəticəsində həlak olub.

Ölkəmizlə bağlı yüksək peşəkarlıqla hazırladığı reportajlar, xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mübarizəsini əks etdirən süjetləri Emin İbrahimova böyük nüfuz qazandırmışdı. O, eyni zamanda Mədəniyyət Nazirliyinin həyata keçirdiyi bir sıra layihələrin bu telekanal vasitəsilə dünyaya çatdırılmasında mühüm rol oynamışdı.

Mədəniyyət Nazirliyinin kollektivi Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930