azturkxeber.az
http://azturkxeber.az

Özbəkistanda qədim freskalar tapılıb

12-11-2025

Özbəkistanda qədim freskalar tapılıb

Özbəkistanın Kanka yaşayış məntəqəsində yerləşən böyük bir karvansaranın ərazisində qədim freskalar aşkar edilib.

Azturkxeber.az Özbəkistan Elmlər Akademiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, karvansara qədim şəhərin cənub qapısından təxminən 60 metr məsafədə yerləşir və ümumi ölçüləri təxminən 100x70 kvadrat metrdir. Bina memarlıq əzəməti ilə seçilir.

Karvansara otaqlarından birində aparılan qazıntılar zamanı divarlardan düşmüş freska parçaları tapılıb. Bu tapıntılar göstərir ki, ərəb işğalından sonra müvəqqəti olaraq yoxa çıxan divar rəsmləri sənəti X-XI əsrlərdə Daşkənd bölgəsində yenidən canlanıb.

Arxeoloji məlumatlara görə, oxşar rəsmlər Səmərqənd və Axsikent abidələrində də aşkar edilib. Bu rəsmlərin Mədəni İrs Agentliyinin Səmərqənd Arxeologiya İnstitutunun bərpaçılarının iştirakı ilə apardığı tədqiqi Daşkənddə də divar rəsmləri məktəbinin mövcudluğunu göstərir. 2023-cü ildə ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı V-VII əsrlərə aid divar rəsmləri aşkar edilmişdi. Kankadakı kəşf təkcə bölgədəki mədəni həyatı və divar rəsmləri sənətinin inkişafını anlamaq üçün deyil, həm də Daşkənd bölgəsinin orta əsrlər tarixini öyrənmək baxımından əhəmiyyətlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930