azturkxeber.az
http://azturkxeber.az

İngiltərədə səhiyyə xidmətinin minlərlə əməkdaşı ixtisar olunacaq

12-11-2025

İngiltərədə səhiyyə xidmətinin minlərlə əməkdaşı ixtisar olunacaq

Böyük Britaniya hökuməti İngiltərənin Milli Səhiyyə Xidmətini (NHS England) ləğv etmək və onu Səhiyyə və Sosial Qulluq Nazirliyinin tərkibinə daxil etmək planlarını davam etdirir.

Azturkxeber.az “The Independent” qəzetinə istinadla xəbər verir ki, “NHS England” rəhbərliyi çərşənbə axşamı keçirilən iclasda işçilərə növbəti ildən etibarən könüllü ixtisarların həyata keçiriləcəyini təsdiqləyib. Bu ixtisarlar həm təşkilatın özünü, həm də yerli inteqrasiya olunmuş səhiyyə idarələrini əhatə edəcək. Məlumata görə, təqdim edilən daxili slaydda “NHS England” işçi sayının 50 faiz azaldılacağını bildirib. İxtisarların 2026-cı ilin mart ayının ortalarından etibarən mərhələli şəkildə həyata keçiriləcəyi planlaşdırılır.

Qeyd edək ki, hökumət bu ilin əvvəlində “NHS England” ın ləğv ediləcəyini və onun idarəetməsinin Səhiyyə və Sosial Qulluq Nazirliyinə veriləcəyini açıqlamışdı. 2013-cü ildə o zamankı Mühafizəkarlar Partiyasından səhiyyə naziri Endryu Lanslinin təşəbbüsü ilə yaradılan “NHS England” hazırda 15 mindən çox əməkdaşı ilə səhiyyə sisteminə daha çox müstəqillik vermək məqsədi daşıyırdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930