azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın müdafiə nazirinin Bosniya və Herseqovinaya səfəri davam edir

12-11-2025

Azərbaycanın müdafiə nazirinin Bosniya və Herseqovinaya səfəri davam edir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Bosniya və Herseqovinaya rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Avropa İttifaqının Bosniya və Hersoqovinadakı Qüvvələri Komandanlığını və Türk kontingentini ziyarət edib. Butmir hərbi bazasında keçirilən rəsmi qarşılanma mərasimindən sonra müdafiə naziri Avropa İttifaqının Bosniya və Hersoqovinadakı Qüvvələri komandanı general-mayor Florin-Marian Barbu ilə görüşüb.

Görüşdə Komandanlığın fəaliyyəti ilə bağlı Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat verilib, “Sülh Naminə Tərəfdaşlıq” proqramı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Azərbaycanın müsbət əməkdaşlıq təcrübəsinin olduğu vurğulanıb, həmçinin maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib. Daha sonra Türk kontingentinin rəhbəri polkovnik Mustafa Çetin Çelik ilə görüşən general-polkovnik Z.Həsənov Azərbaycandan Türkiyəyə yola düşən C-130 hərbi yük təyyarəsinin noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması ilə bağlı qardaş ölkənin nümayəndələrinə başsağlığı verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930