azturkxeber.az
http://azturkxeber.az

Avtomobil yollarının keyfiyyətli tikintisi məqsədilə keçirilən ixtisasartırma kursları başa çatıb

12-11-2025

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən avtomobil yollarının yüksək keyfiyyətlə tikintisi və uzunömürlü istismarı məqsədilə təşkil edilən ixtisasartırma kursları uğurla yekunlaşıb.

Agentlikdən bildirilib ki, ixtisasartırma kurslarının təşkilində məqsəd avtomobil yollarının tikintisində istifadə edilən materialların yoxlanmasında yeni texnologiyalara əsaslanan testlərin tətbiqi, ağır tonnajlı nəqliyyat vasitələrinin təsirinə məruz qalan yol örtüyünün qorunması və uzunömürlüyünün təmin olunması məqsədilə ixtisaslı mütəxəssislərin yetişdirilməsidir.

Kurslarda layihəçilər, laborantlar, operatorlar, mexaniklər, yol ustaları, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislər hazırlanıb.

Tədris 40 saatlıq proqram əsasında “Yol inşaat materiallarının laboratoriya sınaqları”, “Avtomobil yollarının tikintisi” (mexanizator, avtoqreyder və s.), “Əməyin mühafizəsi və texniki təhlükəsizlik”, “Layihə-axtarış işləri” kimi mövzuları əhatə edib.

Kursu uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930