azturkxeber.az
http://azturkxeber.az

Abucada Tarixi Qələbə: Nigeriya və Niger Dünya Çempionatına vəsiqə qazandı!

10-11-2025

Nigeriyanın paytaxtı Abucada yerləşən Guards Polo Club meydanında keçirilən Afrika Çövkən Çempionatı 8 noyabr tarixində başa çatmışdır.

Azturkxeber.az-a verilən məlumata görə, turnir 5–8 noyabr tarixlərini əhatə etmiş və Afrika qitəsinin dörd komandası – Nigeriya, Niger, Qana və Misir – arasında maraqlı qarşılaşmalarla yadda qalmışdır.

Son oyun günündə Qana Misir üzərində 6–1 hesabı ilə qələbə qazanaraq üçüncü yeri tutmuşdur.

Gərgin keçən final görüşündə isə Nigeriya Niger üzərində 5–3 hesabı ilə qalib gəlmiş və Afrika Çövkən Çempionatının qalibi adını qazanmışdır.

Nəticələrə əsasən yekun sıralama belə müəyyən olunmuşdur:

1-ci yer – Nigeriya

2-ci yer – Niger

3-cü yer – Qana

4-cü yer – Misir

2026-cı ildə Bakıda keçiriləcək Dünya Çövkən Çempionatının reglamentinə əsasən, Nigeriya və Niger komandaları bu yarışa birbaşa vəsiqə qazanmışlar.

Bu, Afrikada çövkənin inkişafı və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addım hesab olunur.

Turnir Guards Polo Club (Abuca) meydanında yüksək səviyyədə təşkil olunmuş və tamaşaçılara qədim çövkən oyununu müasir idman formatında izləmək imkanı yaratmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930