azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda Qələbənin 5-ci ildönümü münasibətilə rəsm sərgisi olub

09-11-2025

Naxçıvanda Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Heydər Əliyev Muzeyinin önündə Naxçıvan şəhər 2 nömrəli incəsənət məktəbinin şagirdləri işğaldan azad olunmuş rayonlarımıza həsr olunmuş maraqlı kompozisiya nümayiş etdiriblər.

Naxçıvan şəhərindəki ümumtəhsil, incəsənət məktəblərinin, eləcə də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Məktəbi və Ərtoğrol Cavid adına Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdləri isə şanlı qələbəmizi, Müzəffər ordumuzu və sülh motivlərini əks etdirən, müxtəlif üsulda işlənmiş 50-yə yaxın rəsm əsəri təqdim ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930