azturkxeber.az
http://azturkxeber.az

Şuşaya köçürülmüş sakinlərdən 600-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib

08-11-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərinə köçürülmüş sakinlərdən 600-dək şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 587 nəfərin məşğulluğu təmin olunub (o cümlədən, 26 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 7 nəfər isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930