azturkxeber.az
http://azturkxeber.az

Cəbrayıl şəhərində Zəfər Günü qeyd olunub

08-11-2025

8 Noyabr - Zəfər Gününün 5 illiyi Cəbrayıl şəhərində təntənəli şəkildə qeyd olunub. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə incəsənət xadimlərinin təqdimatında bəstəkar və xalq mahnıları səsləndirilib.

Cəbrayıl şəhəri, Cocuq Mərcanlı, Horovlu, Ağalı və Məmmədbəyli kənd sakinlərində və qonaqlarda əsl coşqu yaradan “Dərviş” qrupu repertuarındakı ən sevilən mahnılarını ifa edərək bayram konsertini tamamlayıb. Tədbirdə balaca sakinlər də yaddan çıxmayıb - bayram şənliyi boyunca feys-art rəssamları uşaqların üzlərində müxtəlif şəkillər çəkərək bayrama əsl rəng qatıblar. Axşam saatlarında Cəbrayıl şəhəri, Ağalı və Məmmədbəyli kəndlərinin səmasında Zəfər Günü münasibətilə atəşfəşanlıq nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930