azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan–Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının 5-ci iclası keçirilib

08-11-2025

Noyabrın 7-də İstanbulda Azərbaycan–Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının 5-ci iclası keçirilib.

Toplantıda Azərbaycan tərəfini mədəniyyət nazirinin müavini Fərid Cəfərov təmsil edib.

İclasda iki qardaş ölkə arasında mədəni əlaqələrin dərinləşdirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

Tərəflər mədəni irs, kino, teatr, muzey və kitabxana işi, yaradıcı sənayelər, musiqi təhsili və normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr ortaq tarixi və mənəvi dəyərlərə əsaslanır, xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

İclasın sonunda Komissiyanın 5-ci iclasının protokolu imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930