azturkxeber.az
http://azturkxeber.az

Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb

07-11-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən 30 ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb. Uşaqlar ölkələrinə yola salınıblar.

10 günlük sosial reabilitasiya proqramı çərçivəsində onlar Bakı, Qəbələ və Şəkidə təşkil olunan düşərgələrdə peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalara cəlb olunublar. Bununla yanaşı, uşaqlar müxtəlif fəaliyyətlərdə, qrup terapiyaları, meditasiya, yoqa məşğələləri və master-klaslarda iştirak ediblər.

Proqram müddətində uşaqların paytaxt və bölgələrdəki görməli və tarixi yerlərə (İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Azərbaycan Milli Xalça Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Palçıq Vulkanları Turizm Kompleksi, Bakıdakı Ukrayna Mərkəzi və s.) ekskursiyaları təşkil edilib.

Reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşdirilməsi, eləcə də cəmiyyətə inteqrasiyalarının dəstəklənməsi məqsədi daşıyıb.

Qeyd edək ki, ötən dövrdə ümumilikdə 260-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930