azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Regional Bank Forumu keçirilir

07-11-2025

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə və Zəfərin 5 illik yubileyinə həsr olunmuş Naxçıvan Regional Bank Forumu keçirilir.

Forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla tanışlıq olub.

Forum çərçivəsində rəsmi çıxışlar olacaq, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş tapşırıqların icrasının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Dəyirmi masada muxtar respublikada mövcud iqtisadi reallıqlar, gələcək gözləntilər, regionda iqtisadi canlanmanın təşviqində bankların rolu, həmçinin bank sektoruna dair infroqrafik məlumatların təqdimatı nəzərdə tutulur. Eyni zamanda universitet tələbə və müəllimləri üçün bank nümayəndələrinin iştirakı ilə panel müzakirə keçiriləcək. Müzakirələrdə rəqəmsal bankçılıq, müasir bank xidmətləri və bank sektorunda karyera perspektivləri mövzularında təqdimatlar olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930