azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “8 noyabr – Şuşa şəhəri günü” adlı ənənəvi kitab sərgisi açılıb

07-11-2025


8 noyabr - Şuşa Şəhəri Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023- cü il tarixli sərəncama əsasən hər il 8 noyabr tarixi “Şuşa Şəhəri Günü” kimi qeyd olunur.

Bu tarixi gün münasibətilə Milli Kitabxanada “8 noyabr – Şuşa Şəhəri Günü” adlı ənənəvi kitab sərgisi açılıb.

Sərgidə Azərbaycanın tarixi və strateji əhəmiyyətə malik mədəniyyət paytaxtı Şuşanın tarixi, mədəniyyəti, qazanılmış Qələbə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyası, qəhrəman Vətən oğullarının şərəfli döyüş yolları və göstərdikləri igidliklər, eləcə də işğaldan sonrakı dövrdə aparılan quruculuq işlərindən bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930