azturkxeber.az
http://azturkxeber.az

Media: Şimali Koreya ballistik raket buraxıb

07-11-2025

Media: Şimali Koreya ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) noyabrın 7-də səhər saatlarında şərq istiqamətində ballistik raket buraxıb.

Bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahına istinadla məlumat yayıb. Raketin növü və uçuş məlumatları dəqiqləşdirilir.

Raket buraxılışından sonra Cənubi Koreyanın silahlı qüvvələri müşahidələrini gücləndirib.

Yaponiyanın Baş naziri Sanae Takaiçi Şimali Koreyanın buraxdığı raketin dənizdə Yaponiyanın məxsusi iqtisadi zonasından kənara düşdüyünü bildirib.

Qeyd edək ki, KXDR bundan əvvəl oktyabrın 22-də qısamənzilli ballistik raket sınağı keçirib. Həmin sınaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələri liderlərinin Cənubi Koreyadakı sammiti ərəfəsində baş tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930