azturkxeber.az
http://azturkxeber.az

“Kiberdələduzlara qarşı diqqətli olun!” – Polis Balakəndə vətəndaşları maarifləndirdi

07-11-2025

Kiber oğurluq və dələduzluq hallarına qarşı mübarizə işinin daha da gücləndirilməsi, bu sahədə sakinlər arasında maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Balakəndə polis əməkdaşları tərəfindən silsilə tədbirlər təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bankomat və ödəmə terminallarının ətrafında, mağazalarda, digər ictimai iaşə obyektlərində xəbərdaredici lövhələr vurulub, həmçinin sakinlərə yaşadıqları ünvanlarda internet resursları üzərindən törədilən cinayətlərlə bağlı məlumatverici broşürlər paylanılıb. Tədbirlər zamanı vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, mobil internetin sürətinin artırılması ilə bağlı gələn şübhəli mesajlarda linklərə keçid etməməli, alış-veriş saytlarında məhsula baxış keçirmədən tanımadıqları şəxslərə beh göndərməməli, sosial şəbəkələrdə aşağı faizlə kredit təklif edən dələduzların şirnikləndirici vədlərinə inanmamalıdırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930