azturkxeber.az
http://azturkxeber.az

Çin şirkətləri ilə görüş keçirilib

07-11-2025

Görüşdə Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Şanxay şəhərində keçirilən 8-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev kənd təsərrüfatı, “yaşıl” enerji, ətraf mühitin mühafizəsi və mexaniki avadanlıq istehsalı sahələrində fəaliyyət göstərən bir sıra Çin şirkətlərinin nümayəndələri ilə görüşüblər.

Görüş zamanı Azərbaycanda reallaşdırılan layihələr, yaradılan sənaye və logistika infrastrukturu, xarici investorlar üçün mövcud imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, əsasnaməsi yenicə təsdiq olunan “Invest in Azerbaijan” informasiya sistemi xarici investorlar üçün vahid məlumat mənbəyi kimi fəaliyyət göstərəcək.

Görüşdə həmçinin Azərbaycan-Çin birgə sənaye parkının yaradılması və ikitərəfli investisiya tərəfdaşlığı perspektivləri müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930