azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Türkiyənin Şəhid övladları “TÜRK ÖVLADI” marşını oxudu

07-11-2025

Azərbaycan və Türkiyədən olan Şəhid övladlarının iştirakı ilə Zəfərin 5 illiyinə həsr olunmuş xüsusi layihə baş tutub. Azərbaycanı təmsil edən “Zəfər Sədası” uşaq xor qrupunun təşəbbüsü və Türk Silahlı Qüvvələri Təhsil Vəqfi İstanbul Haydarpaşa Yüksək Təhsil Tələbə Yurdunun iştirakı ilə gerçəkləşən layihə çərçivəsində hər iki ölkədən 30-dan çox uşaq bir araya gəlib. Onlar “Türk övladı” marşını səsləndirərək, Zəfərin mənəvi gücünü musiqi vasitəsilə ifadə ediblər. Layihə çərçivəsində həmçinin videoçarx hazırlanıb.

“İNFONEWS” xəbər verir ki, layihənin reallaşmasına ASCO Korporativ Sosial Məsuliyyəti böyük dəstək göstərib.

Mahnının sözləri Xalq şairi Baba Vəziroğluna, musiqisi Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadəyə məxsusdur. Aranjımanı Ruhin Məmmədov, mix və masterinqi isə Samir Əsədov tərəfindən hazırlanıb. Səs yazısı Türkiyədə “Özen Sanat” mərkəzində Fərhad Uzunbaşın rəhbərliyi ilə həyata keçirilib.

Layihənin rəhbəri Həcər Əkbərova, Azərbaycan üzrə koordinatoru Günel Süleymanova, Türkiyə üzrə koordinatoru Məhsəti Şərif Özyürek, dirijoru Əməkdar müəllim Firəngiz Xəlilovadır.

Qeyd edək ki, bu, iki qardaş ölkənin şəhid övladlarının iştirakı ilə ərsəyə gələn ilk birgə musiqi layihəsidir. Layihənin əsas məqsədi milli ruhun və qardaşlıq dəyərlərinin gücləndirilməsinə töhfə vermək, həmçinin şəhid övladlarının birliyinə mənəvi dəstək göstərməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930