azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan HDQ-sinin nümayəndə heyəti Pakistana səfər edib

07-11-2025

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti HDQ komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “PIMEC - 2025” 11-ci Beynəlxalq Dəniz Sərgisi və Konfransında iştirak etmək üçün Karaçi şəhərinə səfər edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Pakistan HDQ-sinin rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirilib. Görüşlərdə iki qardaş ölkənin HDQ-ləri arasında əməkdaşlıq və maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Beynəlxalq tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti gündəliyə daxil edilən yaşıl enerji, dəniz təhlükəsizliyi, ətraf mühitin qorunması, dəniz iqtisadiyyatı, dəniz ticarəti və daşınmaları, həmçinin dəniz turizmi mövzularında müxtəlif konfranslarda iştirak ediblər.

Qeyd edək ki, tədbir Pakistanın dəniz ticarəti, müdafiə və texnologiya sahəsindəki imkanlarını nümayiş etdirmək üçün dünya dəniz sənayesinin liderlərini və investorlarını bir araya gətirmək məqsədilə keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930