azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

07-11-2025

Tədbirdə Agentliyin sədrinin birinci müavini Xəyyam Məmmədov, sədr müavinləri İlham Bayramov və İlqar Gülməmmədov, həmçinin şöbə və sektor müdirləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Əvvəlcə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsinin xalqımızın birlik, cəsarət və qətiyyət rəmzinə çevrildiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı şanlı Zəfərin Azərbaycan tarixində əbədi iz qoyduğunu vurğulayıblar.

Bu Qələbə hər bir azərbaycanlının qəlbində qürur və fəxr hissi yaradır, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930