azturkxeber.az
http://azturkxeber.az

Teatr və kino sənətimizin tanınmış siması Vahid Əliyev dünyasını dəyişib

06-11-2025

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Teatr və kino sənətimizin sevilən nümayəndəsi, Əməkdar artist Vahid Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Vahid Əliyev 1952-ci ildə Tovuz şəhərində anadan olub, 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışaraq yarım əsrə yaxın səmərəli fəaliyyəti ilə səhnəmizin yaddaqalan simalarından birinə çevrilib.

O, “Ana laylası”, “Sirli dəyirman”, “Dədəm Qorqud”, “Şeyx Sənan” kimi tamaşalarda, həmçinin “Nə gözəldir bu dünya”, “Kuklalar”, “Qətl günü” filmlərində yaratdığı parlaq obrazlarla tamaşaçıların dərin rəğbətini qazanıb.

Sənətə töhfələrinə görə 2011-ci ildə “Əməkdar artist” fəxri adına, 2017–2019-cu illərdə isə Prezident mükafatına layiq görülüb.

Əməkdar artist Vahid Əliyevin xatirəsi daim ehtiramla yad ediləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi mərhum sənətkarın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930