azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edir

06-11-2025

Braziliya Federativ Respublikasının Belem şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası çərçivəsində Liderlər Sammitində iştirak edir.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Braziliya Federativ Respublikasının xarici işlər naziri Mauro Vieyra Mavi Zonada Azərbaycan parlamentinin spikerini salamlayıb.

Sonra COP30-un Liderlər Sammitinin açılış mərasimi keçirilib. Mərasimdə Braziliya Prezidenti Luis İnasio Lula da Silva, BMT-nin Baş katibi Antonio Quterreş və bir sıra digər ölkələrin prezidentləri və baş nazirləri çxış ediblər.

Qeyd edək ki, COP30-da bir çox ölkələrin dövlət və hökumət başçıları, nazirlər və beynəlxalq təşkilatların rəhbərləri iqlim dəyişikliyi ilə bağlı aktual problemləri və öhdəlikləri müzakirə etmək üçün bir araya gəlirlər. Azərbaycanı bu tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Azərbaycan parlamenti spikerinin Sammitdə çıxışı nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930