azturkxeber.az
http://azturkxeber.az

Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik

06-11-2025

Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik

Büdcə hökumətin fəaliyyətinin, dövlətin, ölkənin iqtisadi və maliyyə imkanlarının güzgüsüdür. Eyni zamanda, hər bir dövlətin iqtisadi imkanlarının formalaşdırılması ölkədə həyata keçirilən iqtisadi siyasətlə əlaqədardır. Lakin qlobal dünyada hər bir dövlətin, o cümlədən də Azərbaycanın iqtisadi imkanlarının formalaşdırılması onun uğurlu daxili iqtisadi siyasətinin həyata keçirilməsi qədər də, beynəlxalq şəraitdən müəyyən qədər asılı olur.

Bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov noyabrın 6-da Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

O bildirib ki, dəyişən beynəlxalq iqtisadi konyunktura bütün dövlətlərin, o cümlədən Azərbaycanın iqtisadi inkişafı qarşısında əhəmiyyətli çağırışlar yaradır. Azərbaycanın iqtisadi inkişafı, ilk növbədə, təbii ki, Prezident tərəfindən müəyyənləşdirilmiş strategiyanın həyata keçirilməsi ilə əlaqədar olduğu kimi, qlobal konyunktura dəyişikliklərinin də müəyyən təsirinə məruz qalır. Enerji daşıyıcılarının qiymətlərinin azalması Azərbaycanın ixrac imkanlarına təsir göstərir, onu müəyyən qədər məhdudlaşdırır. Yaxud idxal qiymətlərinin artması Azərbaycan vətəndaşlarının istehlak imkanlarına təsirsiz ötüşmür. Bütün bunlara baxmayaraq, 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik. Çünki bütün bu çağırışlar fonunda təbii olaraq Azərbaycanın iqtisadi və sosial inkişafı sahəsində uğurlarından da danışmaq mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930