azturkxeber.az
http://azturkxeber.az

“Etnik təmizləmənin dörd mərhələsi” kitabı

06-11-2025

Qərbi Azərbaycandakı tarixi torpaqlarından azərbaycanlıların məcburi departasiyası, əslində, etnik təmizlənməsi ötən yüzillikdə dörd mərhələdə həyata keçirilib və həmin ərazidə monoetnik erməni dövlətinin yaradılması, onun ərazisinin genişləndirilməsi məqsədi daşıyıb. Dəhşətli cinayətlərlə, qəddarlıq və vəhşiliklərlə müşayiət olunun kütləvi köçürülmə kampaniyaları arasındakı dövrlərdə də azərbaycanlı əhaliyə qarşı təxribatlar, mənəvi-fiziki təzyiqlər davam etdirilib. Bu barədə tarixi həqiqətlərin daha fəal şəkildə beynəlxalq ictimaiyyətə, həmçinin xalqımızın gənc nəsillərinə çatdırılması vacibdir. ABŞ-də yaşayan və orada elmi-pedaqoji fəaliyyətlə məşğul olan siyasətşünas alim Əli Əskərin “Etnik təmizləmənin dörd mərhələsi” kitabı da belə mühüm bir missiyanı yerinə yetirir. Kitab orijinalı ingilis dilində olan monoqrafiyadan ixtisarla tərcümə edilib azərbaycanlılara qarşı ermənilərin apardığı deportasiya siyasəti və genişmiqyaslı zorakılıqlar son nəticədə Qarabağın dağlıq hissəsini Azərbaycandan ayıraraq, Ermənistana birləşdirmək cəhdləri ilə sıx bağlı olub. Kitabda bu tezis ətraflı şəkildə şərh edilir.

Kitab Qaçqınların və Məcburi Köçünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası çərçivəsində təbliğat və məlumatlandırma məqsədi ilə hazırlanıb və nəşr olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930