azturkxeber.az
http://azturkxeber.az

ADSEA nümayəndələri Macarıstanda keçirilən beynəlxalq tədbirdə - (FOTO)

06-11-2025

5 noyabr 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil edilən Su və Səhiyyə üzrə Protokolun 20 illik yubiley tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aparat rəhbərinin müavini Ülviyyə Məmmədova çıxış edib.

Çıxışında Ülviyyə Məmmədova Su və Səhiyyə üzrə Protokol çərçivəsində son 20 ildə əldə olunan uğurlardan, su ehtiyatlarının dayanıqlı idarəçiliyi, təhlükəsiz içməli suya və sanitariyaya çıxışın təmin olunması istiqamətində atılan addımlardan bəhs edib.

O, həmçinin Azərbaycanın bu sahədə milli səviyyədə həyata keçirdiyi islahatlar barədə məlumat verərək qeyd edib ki, ölkəmizdə son illərdə su təchizatı sistemlərinin yenilənməsi, yeni su anbarlarının tikintisi və mövcud infrastrukturun bərpası istiqamətində mühüm nəticələr əldə olunub.

Ülviyyə Məmmədova çıxışında “Milli Su Strategiyası”, “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası” və “Böyük Qayıdış” proqramı çərçivəsində su ehtiyatlarının səmərəli və dayanıqlı idarə olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

Tədbir çərçivəsində iştirakçılar su və səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha diqqətə çatdıraraq, iqlim dəyişiklikləri fonunda təhlükəsiz suya çıxışın təmin olunması üçün ortaq səylərin artırılmasının vacibliyini qeyd ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930