Ümumdünya İnternet Konfransında

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov noyabrın 6-dan 9-dək Çin Xalq Respublikasında keçiriləcək Ümumdünya İnternet Konfransının (WIC 2025) Uçjen Sammitində iştirak edəcək.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Builki “WIC 2025” Sammiti “Açıq, birgə, təhlükəsiz və inklüziv rəqəmsal gələcəyin yaradılması ‒ kiberməkanda ortaq gələcəyi olan cəmiyyətin qurulması” mövzusuna həsr edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: