azturkxeber.az
http://azturkxeber.az

Bakı metrosu uzadılmış iş rejimində çalışacaq

05-11-2025

Bakı metrosu uzadılmış iş rejimində çalışacaq

"Bakı Metropoliteni" QSC “Qarabağ” klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

QSC-dən bildirilib ki, noyabrın 5-dən 6-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq.

Azarkeşlərin rahat və təhlükəsiz gedişini təmin etmək məqsədilə metropoliten gücləndirilmiş iş qrafikində fəaliyyət göstərəcək.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət və işçi qüvvəsi artırılacaq. “Gənclik” stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər.

Ehtiyat qatarlar zərurət yarandıqda, xəttə buraxılmağa hazır olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930