Baş prokuror: Azad olunmuş ərazilərdə əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri şərait yaradılıb




Azad olunmuş ərazilərdə prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr düşür.
Bunu Baş prokuror Kamran Əliyev "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.
Kamran Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə hüquq qaydasının qorunması, qanunların düzgün icrasına nəzarət, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, həmçinin dövlət maraqlarının qorunması bu vəzifələrin əsas istiqamətlərini təşkil edir:
"Bu məqsədlə Baş Prokurorluq tərəfindən kompleks tədbirlər həyata keçirilir. Azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyəti bərpa olunmuş, kadr təminatı gücləndirilib əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri şərait yaradılıb".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: